Binədə yolu “təmir” edənlərdən xəbər var – FOTO

Binədə yolu “təmir” edənlərdən xəbər var – FOTO
SOSİAL / SİYASƏT

20 sentyabr 2018, 11:03

Mətn ölçüsü

Binə qəsəbəsində səliqəsiz təmir işləri aparan işçilər cəzalanıb.

Bunu  açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Binə qəsəbəsinin daxili küçələrində artıq bir neçə gündür ki, çala təmiri işləri aparılır:

“Sosial şəbəkələrdə ötən gün həmin ərazidən bir foto paylaşıldı. Məsələ barədə agentliyin müvafiq şöbəsinə məlumat verildi. O cür səliqəsiz təmir işi aparan iş icraçıları cəzalandırıldı və nöqsan elə həmin gün aradan qaldırıldı”.

Qeyd edək ki, dünən sosial şəbəkədə Binə qəsəbəsində səliqəsiz təmir işləri aparılması barədə paylaşılan foto müzakirələrə səbəb olub.

//Oxu.az