Dünyanın tanınmışları azərbaycanlı uşaqlara nağıl oxuyacaq- YENİ LAYİHƏ - VİDEO
    • 3-04-2020, 19:28
    • 963

Dünyanın tanınmışları azərbaycanlı uşaqlara nağıl oxuyacaq- YENİ LAYİHƏ - VİDEO

“Evdə qal, evdə yarat” cağırışı ilə bağlı daha bir maraqlı layihə təqdim olunub. 

Bu dəfə Xalq artisti, Rus Dram Teatrının aktrisası Lyudmila Duxovnaya Bakı şəhəri Mədəniyyət və İdman İdarəsinin təşkilatçılığı ilə azyaşlılar üçün ”Söz” adlı yaradıcı iş ərsəyə gətirib. 

"Söz" layihəsinin rəhbəri Nigar Həsənzadənin News24.az-a verdiyi məlumata görə, rəngarəng, maraqlı layihə çərçivəsində Azərbaycanın bir çox tanınmış simaları uşaqlar üçün dünya ədəbiyatından müxtəlif nağıllar, pritçalar səsləndirəcək. Bu aksiyada yalnız Azərbaycanın deyil, xarici ölkələrin tanınmış mədəniyyət xadimləri, incəsənət adamları, siyasətçilər və ictimai  xadimlər iştirak edəcək.

Layihə iştirakçıları və Bakı şəhər İdman ə Mədəniyyət İdarəsi sözgedən layihəyə qatılan hər kəsə öz təşəkkürünü çatdırır və bu çətin günlərdə hər kəsə sağlamlıq arzulayır.