Alim Qasımov 94 yaşlı Əmiraslan baba üçün oxudu - VİDEO
    • 3-04-2020, 19:53
    • 1 672

Alim Qasımov 94 yaşlı Əmiraslan baba üçün oxudu - VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "HƏYATIN DƏYƏRLİDİR! EVDƏ QAL, AZƏRBAYCAN!" sosial layihəsinə Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova da qoşulub.

News24.az xəbər verir ki, bu haqda xanəndələr məlumat veriblər: "Böyüklərimizi unutmamaq bizim borcumuzdur. Biz də bu karantin günlərində 94 yaşlı Əmiraslan babayla söhbət etdik, ona dəstək olmağa çalışdıq, doğmaları ilə tez-tez əlaqə saxlaya bilməsi üçün ona smart telefon göndərdik. Hələ gözəl günlər qabaqdadır! Bu günləri xatırlayıb - artıq keçdi -deyə bilməniz üçün EVDƏ QALIN! Biz də evdəyik! Göndərdiyimiz hədiyyənin çatdırılmasında bizə kömək edən @regionalinkishaf üzvlərinə də təşəkkür edirik".

Sevda Bayramova