Azərbaycanda 194 mindən çox işçiyə evdən çıxmağa İCAZƏ VERİLDİ

Azərbaycanda 194 mindən çox işçiyə evdən çıxmağa İCAZƏ VERİLDİ
SOSİAL

04 aprel 2020, 14:18

Mətn ölçüsü

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının aprelin 4-ü saat 09:00-a olan sayı açıqlanıb.

Qeyd olunan saata qədər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemində 13 734 qurumun 194 796 əməkdaşının icazəsi təsdiqlənib.

Ümumulikdə qurum tərəfindən daxil edilmiş icazə sayı 199 843 təşkil edib. Qurum tərəfindən təsdiqlənmiş maşın sayı isə 73 623 olub.
Qeyd edək ki, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərə aprelin 3-ü saat 10:00-da başlanılıb.

Xatırladaq ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib. /Report/