Bu tələbələrin təhsil xərcləri də ÖDƏNİLƏCƏK
    • 4-04-2020, 22:14
    • 708

Bu tələbələrin təhsil xərcləri də ÖDƏNİLƏCƏK

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.

News24.az xəbər verir ki, bu, Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.
Xərclərin ödənilməsi üçün Prezidentin sərəncamı ilə ayrılan vəsaitdən 40 milyon manat ayrılıb. 

İşin icrası Maliyyə Nazirliyinə tapşırılıb.