Peşə təhsili üzrə teledərslərin bu günə olan cədvəli açıqlandı
    • 6-04-2020, 10:49
    • 639

Peşə təhsili üzrə teledərslərin bu günə olan cədvəli açıqlandı

“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin peşə təhsili pilləsi üzrə aprelin 6-sı üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, bu gün saat 16:30-da Avtomobil diaqnostikası və təmiri ixtisası üzrə - Avtomobil mühərrikində istifadə olunan yağlar və yağlanmada olan qüsurlar; 16:43-də Aşpaz ixtisası üçün Tərəvəzli qaymaqlı toyuğun hazırlanması dərsləri olacaq. 

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.