Azərbaycanda indiyədək 47 mindən çox insan COVID-19 testindən KEÇİB
    • 6-04-2020, 23:55
    • 817

Azərbaycanda indiyədək 47 mindən çox insan COVID-19 testindən KEÇİB

Bu gün Azərbaycanda 2349 nəfər koronavirus testindən keçirilib.

Bu barədə News24.az-a Tibbi Ərazilərin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 47 102 nəfərdir. Reanimasiyada olan xəstə sayı 4, intubasiya olunmuş xəstələrin sayı 2-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 641, virusdan ölənlər 7, sağalan xəstə sayı 44, aktiv xəstələrin sayı isə 590 nəfərdir.