Ruhi Əliyevadan daha bir təqdirəlayiq ADDIM - 100 AİLƏ SEVİNDİ - VİDEO - FOTO
    • 7-04-2020, 14:01
    • 1 103

Ruhi Əliyevadan daha bir təqdirəlayiq ADDIM - 100 AİLƏ SEVİNDİ - VİDEO - FOTO

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə aztəminatlı ailələrə, tənha yaşlılara, kimsəsizlərə yardım edənlər arasında tanınmış iş xanımı, “Lİatris Holdinq”in rəhbəri Ruhi Əliyeva da var.

News24.az xəbər verir ki, dəfələrlə müxtəlif sosial layihələr gerçəkləşdirən iş xanımı bu dəfə 100-dək ailəyə ərzaq sovqatı yollayıb.    

“Liatris Holdinq”in əməkdaşları bu yardımları Bakının müxtəlif səmtlərindəki ünvanlara çatdırıblar.    

R.Əliyeva instaqramda ona səslənən, bu çətin günlərdə  ondan dəstək istəyən onlarla izləyicisinin səsinə səs verib: “Bu çətin gündə mən də sizin yanınızdayam. Pis günün ömrü qısa olar, deyiblər. İnşallah, bu bəlanı birgə dəf edəcəyik, tezliklə bu təhlükə sovuşacaq. Evdə qalaq və qoyulan qaydalara əməl edək”.