Koronavirusla mübarizə:  əlillik müddəti UZADILDI
    • 7-04-2020, 23:15
    • 693

Koronavirusla mübarizə: əlillik müddəti UZADILDI

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması" barədə qərar qəbul edib.

News24.az-ın məlumatına görə, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.