Karantinə əməl olunmasa, daha sərt tədbirlərin görülməsi üçün MÜRACİƏT EDƏCƏYİK - TƏBİB- VİDEO
    • 8-04-2020, 17:29
    • 766

Karantinə əməl olunmasa, daha sərt tədbirlərin görülməsi üçün MÜRACİƏT EDƏCƏYİK - TƏBİB- VİDEO

“Təəssüf ki, karantin rejimini pozan vətəndaşlarımız çoxdur, bu da riskləri artırır”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

O bildirib ki, təmas nə qədər çoxdursa, yoluxma da o qədər artır: “Simptomlu hallar yoluxmaya səbəb olur. Əgər vətəndaşlarımız karantin rejiminə düzgün əməl etməsələr, daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha, hökumətə müraciət etmək məcburiyyətində qalacağıq. Biz iki-üç həftə səbr etsək, normal həyatımıza qayıda biləcəyik. Əks halda, məcburiyyət qarşısında qalaraq, Operativ Qərargaha, hökumətə daha sərt tədbirlər üçün müraciət edəcəyik”.