Psixoloji Mərkəz yaradılacaq - TƏBİB sədri
    • 8-04-2020, 17:38
    • 1 013

Psixoloji Mərkəz yaradılacaq - TƏBİB sədri

"Ötən həftə ərzində karantin qaydalarına əməl etməməyin nəticəsi olaraq bu gün yoluxma sayı artıb".

News24.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, karantin rejimini pozan şəxslərin sayı hələ də çoxdur: "Bu da riskləri artırmış olur. Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər. Əgər qaydalara yenə də əməl edilməsə daha ciddi tədbirlər üçün hökumətə müraciət edəcəyik".

TƏBİB sədri bildirib ki, Pixoloji Mərkəzi yaradılacaq: “Mütəxəssislər bura cəlb ediləcək. Bütün mərhələlər açıqlanacaq. Karantində olan vətəndaşlar 3 min nəfərdir. Onlar da karantin rejiminə riayət etməlidirlər”.