Bakıda avtomobildən oğurluq edən şəxslər SAXLANILDI
    • 8-04-2020, 20:29
    • 739

Bakıda avtomobildən oğurluq edən şəxslər SAXLANILDI

Yasamal rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisində “BMW” markalı avtomobildən 7300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov saxlanılıblar