30 minədək şəxsə elektron qaydada təqaüd TƏYİN EDİLİB

30 minədək şəxsə elektron qaydada  təqaüd TƏYİN EDİLİB
SOSİAL

11 aprel 2020, 14:30

Mətn ölçüsü

Bu il sosial təminat növləri üzrə təyinatların elektron qaydada aparılması işləri davam etdirilib. Yanvar-mart aylarında e-qaydada 5 600 şəxsə pensiya, 24 000 şəxsə isə müavinət-təqaüd təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-ın verilən məlumata görə, ümumilikdə ötən il və cari ilin ilk rübündə 65 minə yaxın şəxsə qeyd edilən sosial təminat növlərinin e-qaydada təyinatı aparılıb.

Bununla da həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, onlara e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.