Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı -  1 NƏFƏR ÖLÜB
    • 13-04-2020, 10:51
    • 607

Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı - 1 NƏFƏR ÖLÜB

Ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq hazırda 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda bildirilir. /Report/