DİQQƏT! Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ
    • 13-04-2020, 14:32
    • 545

DİQQƏT! Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Sabah, saat 11:30-16:00 arasında Abşeron rayonunun Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləridir.