"Karantin davam edərsə, Ramazan ayinləri evlərdə icra olunacaq"- HACI ŞAHİN-EKSKLÜZİV

"Karantin davam edərsə, Ramazan ayinləri evlərdə icra olunacaq"- HACI ŞAHİN-EKSKLÜZİV
SOSİAL

14 aprel 2020, 17:59

Mətn ölçüsü

“Əgər karantin şəraiti davam edərsə, Ramazanla bağlı dini ayinlər evlərdə icra olunacaq”.

Bunu News24.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib. 
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsində fətva ilə bağlı təmaslar olub, bu orada bildirilib: “Bilirsiniz ki, müqəddəs ayda hər zaman məscidlərdə gündəlik məclislər olurdu, Qədr gecələrində mərasimlər təşkil edilirdi. Karantin müddəti o zamana qədər aradan qaldırılmasa, tədbirlər evlərdə keçiriləcək. İnsanlar öz ailələri ilə ayinləri yerinə yetirəcəklər. 

İlahiyyatçı onu da əlavə edib ki, hər il olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsinin fətvası olacaq: 

“Müqəddəs Ramazan ayı aprelin 24-ü axşam daxil olur. Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından da bildirilib ki, ay aprelin 24-ü axşam görünə bilər”. 

Afaq Mirayiq