Dollarla kredit borcu olanlara pis xəbər
    • 21-09-2018, 18:35
    • 1 479

Dollarla kredit borcu olanlara pis xəbər

Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı da qərar qəbul etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edən Konstitusiya Məhkəməsinin qərarı belədir: “422-ci maddənin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz”.

Bu isə o deməkdir ki, xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kurs ilə ödənilməlidir. Yəni, bank güzəşt tətbiq etməyibsə hansı məzənnə ilə kredit götürməsindən asılı olmayaraq borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir. Bu isə o deməkdir ki, dollar keditləri üzrə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız bank ilə müştərinin birgə razılığı nəticəsində mümkündür. Təəssüf ki, bizim dollar kreditlərinə güzəştin tətbiq edilməsi ilə bağlı təkliflərimizə baxmayaraq xarici valyutada öhdəliyi olanlara nə Mərkəzi Bank, nə də banklar tərəfindən hələ də ciddi güzəştlər edilməyib.