Milli Məclisdə qanvermə AKSİYASI KEÇİRİLDİ

Milli Məclisdə qanvermə AKSİYASI KEÇİRİLDİ
SOSİAL

18 aprel 2020, 13:42

Mətn ölçüsü

Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib. 

News24.az-ın məlumatına görə, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları irsi qan çatışmazlığından əziyyət çəkən xəstələr üçün könüllü qan veriblər.

Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib ki, parlamentin rəhbərliyi, deputatlar və işçilər Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar.
Aksiyada jurnalistlər də iştirak ediblər.