İldə iki dəfə qəbul imtahanı KEÇİRİLƏ BİLƏR
    • 21-04-2020, 12:43
    • 589

İldə iki dəfə qəbul imtahanı KEÇİRİLƏ BİLƏR

“Hamının bir dəfə pulsuz imtahanda iştirak etmək qaydası qalır. Şərait imkan versə, iki dəfə imtahan keçirərik". 

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, şərait imkan versə, ildə iki dəfə qəbul imtahanı (yaz və yay) keçiriləcək: “Amma mövcud vəziyyət imkan verməsə təbii ki, bir dəfə qəbul imtahanı keçiriləcək. Bu gün üçün bizə hər hansı məhdudiyyət qoyulması barədə heç bir söz deyilməyib. Ümid edirəm ki, hər şey öz qaydasında olacaq”.