Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyona çatır- ÜST
    • 22-04-2020, 01:22
    • 1 417

Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyona çatır- ÜST

Dünyada koronavirus qurbanlarının sayı 162 min nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.
Təşkilat qeyd edib ki, dünyada COVID-19-a yoluxanların sayı 2 397 216 nəfər təşkil edir.
ÜST-ün son məlumatına görə, dünyada son bir gün ərzində koronavirusdan 5 109 ölüm qeydə alınıb, bununla yanaşı, daha 83 min insan COVID-19-a yoluxub.
Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 187 184 nəfər koronavirus daşıyıcısıdır. 
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report/