Xəyyam tibb bacısını ailəsi ilə görüşdürdü - VİDEO

Xəyyam tibb bacısını ailəsi ilə görüşdürdü - VİDEO
SOSİAL

23 aprel 2020, 23:54

Mətn ölçüsü

COVID-19 viruslu xəstələrin müalicə olunduğu xəstəxanalarda işləyən həkimlərlə yanaşı, tibb bacıları da böyük fədakarlıq göstərir.

News24.az xəbər verir ki, xəstələrə qayğı göstərən və həyatları uğrunda mübarizə aparan Azərbaycan tibb işçilərinin demək olar ki, hamısı sərt karantin rejimində evlərinə gedə və ya ailələri ilə birlikdə ola bilmirlər. Onlardan biri tibb bacısı Lalə Əzizlidir.

Lalə xanımın iki kiçik övladı var. Biləsuvar rayonunda yaşayan ailəsini 20 gündən çoxdur ki, görmür. Lalə Əzizlinin ailəsini görmək üçün müğənni Xəyyam Nisanov uşaqlarına smartfon göndərib.

Müğənninin hədiyyəsini Regional İnkişaf İctimai Birliyinin, Heydər Əliyev Fondunun könüllüləri təqdim edib. Könüllülər digər hədiyyələri Əzizli ailəsinə təhvil veriblər.

Daha sonra isə X.Nisanov görüntülü zəng vasitəsilə L.Əzizlinin özü ilə əlaqə saxlayıb: “Sizin kimi tibb işçiləri ilə fəxr edirik. Bütün məhdudiyyətlərə baxmayaraq, işdəsiniz. Ancaq övladlarınızı uzun müddət görmürsünüz. Buna görə onlara kiçik bir hədiyyə - smartfon verdim. İndi video ilə uşaqlarınızla söhbət edə bilərsiniz".

Lalə xanım bu hədiyyəyə görə Heydər Əliyev Fonduna və Xəyyam Nisanova dərin minnətdarlığını bildirib.

Instagram