3 ayda 140-a yaxin bina təbii qazla TƏMİN OLUNDU
    • 24-04-2020, 10:37
    • 614

3 ayda 140-a yaxin bina təbii qazla TƏMİN OLUNDU

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

"Azəriqaz" İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, mart ayı ərzində 29 yaşayış binası üzrə 1265 mənzil, 2020-ci ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6362 mənzil təbii qazla təmin olunub.