Bu il 140-a yaxın binaya təbii qaz VERİLİB
    • 24-04-2020, 11:37
    • 612

Bu il 140-a yaxın binaya təbii qaz VERİLİB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

News24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən bildirilb.

Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, mart ayı ərzində 29 yaşayış binası üzrə 1265 mənzil, 2020-ci ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6362 mənzil təbii qazla təmin olunub.