Koronavirus daha çox Bakıda yayılıb - 52.1 faiz - SİYAHI - FOTO  - VİDEO
    • 24-04-2020, 19:40
    • 746

Koronavirus daha çox Bakıda yayılıb - 52.1 faiz - SİYAHI - FOTO - VİDEO

Koronavirusun ölkəmizdə daha çox müşahidə olunduğu ərazilər açıqlanıb.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün təşkil olunmuş brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, xəstəlik daha çox paytaxt Bakıda (52.1 faiz) yayılıb. Göstəriccilərə görə, koronavirus xarici vətəndaşlar arasında 13,16 faiz yayılıb. Virusun yayılması Aran bölgəsində 6, 88 faiz, Lənkəran 8.28 faiz, Gəncə-Qazax 7,62 faiz, Quba-Xaçmaz 2.40 faiz, Yuxarı Qarabağ 1.07, Şəki-Zaqatala 1.27, Dağlıq Şirvan 1.4, Naxçıvan MR 0,27 faiz təşkil edib.
 
R.Bayramlı bəzi rayonlarda sıfırlamaya nail olunduğunu da əlavə edib. 

Afaq Mirayiq