41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə CƏLB OLUNDU
    • 27-04-2020, 10:34
    • 658

41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə CƏLB OLUNDU

Azərbaycanda son 26 gün ərzində inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə News24.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.