AQTA sahibkarlar üçün onlayn videotəlimlərə start verdi

AQTA sahibkarlar üçün onlayn videotəlimlərə start verdi
SOSİAL

27 aprel 2020, 14:06

Mətn ölçüsü

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimlərə başlayır.

Qurumdan News24.az-a verilən məlumata görə, aprelin 28-də, saat 16-00-da keçiriləcək videotəlimdə fındıq ixracı ilə bağlı müzakirələr aparılacaq, bu mövzuda sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlar (012) 377-00-77 (203-222)

(051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.