Karantini pozan, avtoxuliqanlıq edənlər 15 sutkadan 1 ayadək inzibati həbs olunub- DİN
    • 28-04-2020, 11:57
    • 469

Karantini pozan, avtoxuliqanlıq edənlər 15 sutkadan 1 ayadək inzibati həbs olunub- DİN

Daxili İşlər Nazirliyinə Biləvasitə Tabe Olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcuq karantin qaydalarını pozan  şəxslərin hər biri ilə fərdi profilaktik söhətlər aparılıb. 

Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşiman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həsas və diqqətli olmağı, karantin qaydalarıa əməl etməyi tövsiyyə ediblər.