Bakı metrosu açılır? - AÇIQLAMA
    • 29-04-2020, 10:29
    • 1 474

Bakı metrosu açılır? - AÇIQLAMA

"Bakı metrosunun açılması ilə bağlı bizə bir məlumat gəlsə, mətbuat dərhal hiss edəcək".

Bunu News24.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sadəcə hazırlıq işləri aparılır: "Biz, sadəcə, texnoloji proseslərə uyğun işləri elə aparırıq ki, qərar verilsə, metro sərnişinləri qəbul etməyə hazır olsun". 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti martın 31-dən fəaliyyəti dayandırılıb.

Afaq Mirayiq