ŞOK STATİSTİKA! Karantini pozan 44.016 nəfər MƏSULİYYƏTƏ CƏLB EDİLDİ
    • 30-04-2020, 14:47
    • 798

ŞOK STATİSTİKA! Karantini pozan 44.016 nəfər MƏSULİYYƏTƏ CƏLB EDİLDİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 29-u saat 00:00-dan aprelin 30-u saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən News24.az-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 29-u saat 00:00-dan aprelin 30-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 min 16 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.