"Nə qədər evdə oturmaq olar?" - BAKI ƏHLİ 3 SAATLIQ İCAZƏDƏ - VİDEOREPORTAJ

"Nə qədər evdə oturmaq olar?" - BAKI ƏHLİ 3 SAATLIQ İCAZƏDƏ - VİDEOREPORTAJ
SOSİAL / Video

01 may 2020, 11:55

Mətn ölçüsü

Həftənin ilk günündən ölkədə tətbiq olunan xüsusi karantin rejimi yumşaldılıb. Artıq bəzi müəssisə və obyektlər fəaliyyətini bərpa edib. Şəhər küçələrində canlanma, hərəkətlilik yaranıb. Amma şəhərin ümumi nəzər salanda paytaxtda karantin rejimi üçün normadan artıq insan sıxlığı olduğu diqqətimizi çəkir. Əhalinin bir qismi alış-veriş, bəziləri gəzinti, bəziləri hava almaq adı ilə evdən çıxıb. Maraqlıdır, görəsən, insanlar koronavirus təhlükəsinin hələ tam çəkilmədiyini, karantin rejiminin hələ də qüvvədə olduğunu unudublarmı? 

News24.az bununla bağlı şəhər əhalisi ilə sorğu keçirib. 

Karantin rejiminin yumşalması yalnız əhalinin çölə can atmasında deyil, ötüb-keçənlərin icazələrinin yoxlanılmasında da hiss olunur.


Səbail RPİ-nin əməkdaşı Emil Cavadov: "Fəvvarələr Meydanında müxtəlif iaşə obyektləri və yaşayış binaları çox olduğuna görə, müəyyən dərəcədə insan sıxlığı var. Bununla yanaşı, icazə saatının uzadılması da küçələrdə insan çoxluğunun yaranmasına səbəb olub. Müqayisə etsək, deyə bilərik ki, karantin rejimindən öncə günün bu saatlarında Fəvvarələr Meydanında insan əlindən tərpənmək olmurdu. Düzdür, bu gün də vətəndaş sayı qismən çoxdur, amma bir o qədər də ciddi sıxlıq yaranmayıb. Əgər karantin rejimi yumuşalıbsa, deməli, buna şərait yaradılıb. Tərəfimizdən bu gün də reydlər keçirilir, qanunu pozan şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar. Biz yenə də vətəndaşlarımıza müraciət edib deyirik ki, zərurət yaranmadığı təqdirdə evdən çıxmasınlar".



Polis əməkdaşın sözünə qüvvət, bəşəriyyətin bəlasına çevrilən koronavirusun hələ də həyatımızda olduğunu unutmamalıyıq. Bu səbəbdən də zərurət olmadığı təqdirdə evdən çıxmamaq daha məqsədəuyğundur.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov

YouTube