Dünyada 5G-yə ən çox patent alan ŞİRKƏT
    • 1-05-2020, 00:33
    • 910

Dünyada 5G-yə ən çox patent alan ŞİRKƏT

Dünyada 5G-yə ən çox patent alan şirkət Samsung Electronics-dir. Cənubi Koreya şirkəti bu günədək sözügedən şəbəkə üçün 1728 patent alıb.

News24.az xəbər verir ki, ikinci ən çox patent alan şirkət isə Nokia-dır.

Bu günədək Nokia 1584 patent alıb. Siyahının üçüncüsü 1415 patent müraciəti ilə LG-dir. Çinin texnologiya nəhəngi Huawei isə 1274 müraciətlə siyahıda dördüncü olub.

Qeyd edək ki, bu şirkətlər tərəfindən 5G-yə patent üçün Avropa patent təşkilatına, ABŞ patent təşkilatına və ya Patent danışıqlar korporasiyalarına müraciət olunub.