"Vətənimizə qayıtmaq istəyirik, bizə yardım edin" - UKRAYNADAKI AZƏRBAYCANLI TƏLƏBƏLƏR
    • 5-05-2020, 18:25
    • 918

"Vətənimizə qayıtmaq istəyirik, bizə yardım edin" - UKRAYNADAKI AZƏRBAYCANLI TƏLƏBƏLƏR

"Universitetlər bağlanıb, iki aydır burda qalmışdıq, səfirlik də heç bir sorğumuza cavab vermir".

Bu sözləri News24.az-a Xarkov Milli Daxili İşlər Universitetinin tələbələri deyib. Onlar bildirib ki, təkçə oxuduqları təhsil ocağının 26 tələbəsi vətənə qayıda bilmir: "Konsulluğa, səfirliyə müraciət etmişik, amma bir nəticə yoxdur. Hər dəfə deyirlər ki, sizinlə əlaqə saxlanacaq, çarter reysi olan kimi xəbər veriləcək. Mart ayında qatara bilet almışdıq, daha sonra sərhəd bağlandığına görə biletləri geri qaytardıq".

Tələbələr bildiriblər ki, onlar arsında xəstəliyə yoluxan, səhhətində problem olan yoxdur. Amma dolanışıq, güzaran baxımından çətinlik çəkirlər: "Əksəriyyətimiz yataqxanada qalırıq, səhhətimiz normaldır, amma dolanışığımız üşün ailələrimizdən pul almağa məcburuq. Burda banklar bağlı olduğuna görə göndərilən vəsati almağa da çətinlik çəkirik. Valideynlərimiz bizə görə narahatdır. Vətənə qayıtmaq istəyirik".

Məsələylə bağlı "Azərbaycan Hava Yolları"nın mətbuat katibi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. O, bildirib ki, carter reysləri ilə bağlı bütün qərarları Nazirlər Kabineti verir. Bu səbəbdən bu haqda heç nə deyə bilməyəcək.

Sualı Nazirlər Kabinetinin mətbut katibi İbrahim Məmmədova ünvnladıq. Qurumun mətbuat katibi isə News24.az-a açıqlamasında qeyd edib ki, sözügedən məsələ Operativ Gərargahın əsas məsələlərindən biridir: "Vətəndaşlar əmin olsunlar ki, onların problemi müzakirə olunur. Bu, bizi bəlkə də ən çox narahat edən məsələlərdən biridir. Bununla bağlı artıq danışıqlar aparılıb. Əgər, gələnlərin arasında koronavirusa yoluxanlar varsa, onlar ayrıca otaqlara yerləşdiriləcəklər. Ukraynadakı vətəndaşlarımızı gətirmək üçün çarter reysi təşkil olunmalıdır. Bəlkə də artıq təşkil olunub".

Sevda Bayramova