DYP: Ötən gün 486 nəfər CƏRİMƏLƏNİB
    • 5-05-2020, 11:28
    • 608

DYP: Ötən gün 486 nəfər CƏRİMƏLƏNİB

Ötən gün xüsusi karantin rejimi qaydalarını pozan hərəkət iştirakçılarının sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) News24.az-a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 04.05.2020-ci il saat 00:00-dan 05.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.