Leysan yağacaq, dolu düşəcək- SABAHIN HAVASI
    • 5-05-2020, 13:12
    • 546

Leysan yağacaq, dolu düşəcək- SABAHIN HAVASI

Azərbaycanda  mayın 6-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, məlumata görə mayın 6-da, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı,  gecəyə doğru isə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 
Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  21-26° isti olacaq. Bakıda  gecə 17-19° isti, gündüz  24-26° isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.  

Mayın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətətyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 14-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  11-16°  isti olacaq.