Karantini pozan 48 386 nəfər MƏSULİYYƏTƏ CƏLB EDİLDİ

Karantini pozan 48 386 nəfər MƏSULİYYƏTƏ CƏLB EDİLDİ
SOSİAL

06 may 2020, 10:30

Mətn ölçüsü

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 5-i saat 00:00-dan mayın 6-sı saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən News24.az-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.05.2020-ci il saat 00:00-dan 06.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 48 386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.