Ötən gün 423 nəfər CƏRİMƏLƏNİB - DYP

Ötən gün 423 nəfər CƏRİMƏLƏNİB - DYP
SOSİAL

06 may 2020, 10:33

Mətn ölçüsü

Ötən gün xüsusi karantin rejimi qaydalarını pozan hərəkət iştirakçılarının sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) News24.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.05.2020-ci il saat 00:00-dan 06.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.