41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə - CƏLB OLUNDU

41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə - CƏLB OLUNDU Sosial
Azərbaycanda son 26 gün ərzində inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə News24.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.