İsmayıllı sakini avtomobilində odlu silahla öldürülüb - YENİLƏNDİ
    • 7-05-2020, 16:21
    • 1 039

İsmayıllı sakini avtomobilində odlu silahla öldürülüb - YENİLƏNDİ

İsmayıllıda qətl törədən şəxs tutulub.

Rayonun Mişgəmirli kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlunun İsmayıllı şəhər sakini, 2000-ci il təvəllüdlü Əzimov Şirxan Nazim oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi məlum olub. 

İsmayıllı rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirxan Əzimov saxlanılaraq istintaqa təhvil verilib.

***

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Bu gün rayonun Mişgəmirli kəndində kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. Onun öz maşınında öldürüldüyü deyilir.

Hadisəni törədənin kimliyi hələlik müəyyənləşməyib.

Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/