Vətəndaşlarımız təxliyyə EDİLDİ

Vətəndaşlarımız təxliyyə EDİLDİ
SOSİAL

07 may 2020, 20:20

Mətn ölçüsü

Mayın 7-də Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib. 

Daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilmişdir. Həmin reysdə 169 nəfər həmvətənlimiz olub. 

Ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir.