Sabah 26 dərəcə İSTİ OLACAQ
    • 11-05-2020, 12:30
    • 706

Sabah 26 dərəcə İSTİ OLACAQ

Azərbaycanda may ayının 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə mayın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında  duman olacaq. 

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  gecə 9-11° isti, gündüz  18-21° isti, Bakıda  gecə 9-11° isti, gündüz  18-20° isti olacaq.
Atmosfer  təzyiqi 765 mm civə sütunundan 762  mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq.  

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Azərbaycan rayonlarında hava əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 5-10° isti, gündüz  21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz  8-13°  isti olacaq.