Koronavirusa yoluxan azərbaycanlı AKTRİSA HÖNKÜRDÜ:
    • 12-05-2020, 13:45
    • 1 039

Koronavirusa yoluxan azərbaycanlı AKTRİSA HÖNKÜRDÜ: "AĞRILARIM VAR"

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva və bütün ailə üzvləri koronavirusa yoluxub. Aktrisa sağalsa da ev şəraitində karantini davam edir.  

Koronavirusdan yenicə sağalan aktrisa News24.az-a açıqlamasında dörd gündür xəstəxanadan çıxdığını deyib: "Dörd gündür xəstəxanadan çıxmışam. 20 gün xəstəxana şəraitində yatdım və bu prosesi çox ağır keçirtdim. Adaptə dövrüm yavaş-yavaş bərpa olunacaq. Yoldaşımın dəfnindən sonra ailəlikçə özümüzü çox pis hiss etməyə başladıq. Birinci qızımın, sonra özümün, gəlinimin, oğlumun, baldızlarımın və nəvələriminin hərarəti qalxdı. İki gün qızdırmamız düşmədi, ürəkbulanma davam etdi və biz məcbur olub evə təcili yardım çağırmalıq olduq. Təcili yardım əməkdaşları mazok götürdülər və məlum oldu ki, hamımız koronavirusa yoluxmuşuq. Sağ olsun həkimlər məni o dünyadan geri qaytardılar. Dəqiq hansı dərmanları qəbul etmişəm bilmirəm, amma mütəmadi olaraq oksigen aparatını qoşurdular, çünki beynimə oksigen çatmırdı. Bütün bu hadisələr yadıma düşəndə özümü dəhşətli, qorxunc yuxudaki kimi zənn edirəm. Rafiq yaddan çıxdı. Qızımla bir palatada yatmışam. Ciyərlərimizdə pnevmaniya yaranmışdı, amma çox şükür ki, artıq hər şey müsbətə doğru gedir. Düzdür, hələ də əzələlərimdə halsızlıq var, amma düşünürəm ki, o da yaxın zamanda keçib gedəcək".

Əməkdar artist koronavirusa inanmayanlara səslənib: "İnsanlar ümumiyyətlə bu xəstəliyə inanmırlar. Mən şərhlərə qoşulan insan deyiləm, çünki özümə hörmət edirəm. Nəyə lazımdır bunlar? Sosial şəbəkədə yazılan şərhləri oxuyanda dəhşətə gəlirəm. Bir dəfə vəziyyətimlə bağlı status yazdım, ünvanıma daha nələr demədilər. Çox peşiman oldum bunu etdiyimə görə. İstəyim insanları maarifləndirmək idi, qarşılığında isə təhqir gördüm". (ağlayır)

Tibbi maska və əlcəkdən mütəmadi olaraq istifadə etdiyini açıqlayan aktrisa, bəlanın insanı harada tutacağını öncədən bilməyin mümkünsüzlüyünü deyib.  

Sevda Bayramova