Marşrut avtobusları yenidən dezinfeksiya EDİLDİ

Marşrut avtobusları yenidən dezinfeksiya EDİLDİ
SOSİAL

13 may 2020, 01:49

Mətn ölçüsü

Bakıda sərnişin avtobusları yenidən dezinfeksiya edilib. Bununla yanaşı, sürücü kabinəsi olmayan avtobuslarda şəffaf arakəsmələr yaradılıb.

News24.az xəbər verir ki, BNA-nın rəsmisi Mais Ağayevinverdiyi məlumata görə, artıq sərnişindaşımalara cəlb edilən 1400-dən artıq avtobusda şəffaf kabinə quraşdırılması təmin edilib. Bildirilib ki, 553 avtobusda istehsalçı tərəfindən quraşdırılan kabinələr mövcuddur. Digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır.

62 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslarda da sözügedən kabinələr yaradılıb. Bununla yanaşı, həmin marşrut xəttinə məxsus istehsalat bazasında 31 avtobus hər gün axşam saat 21:00-dan sonra yuyularaq dezinfeksiya edilir.

Qeyd edək ki, paytaxtda yerləşən 30 qarajda ümumilikdə 2100-ə yaxın avtobus yuyulduqdan sonra dezinfeksiya edilir./ APA /