Ruhi Əliyevadan Türkiyədəki tələbələrə DƏSTƏK

Ruhi Əliyevadan Türkiyədəki tələbələrə DƏSTƏK
SOSİAL

14 may 2020, 21:08

Mətn ölçüsü

“Bu müqəddəs ayda yenidən Tovuza səfərimiz olacaq. Hazırda bayram tədarükü görürük və qismət olsa, bir neçə ehtiyacı olan ailənin qonağı olacağıq. Belə günlərdə yardımlaşmaq, insanları sevindirmək şərtdir”.

Bu sözləri News24.az-a iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva “İnstagram"ın canlı yayımında deyib.

Eyni zamanda iş xanımı doğulub böyüdüyü Aşağı Əyyublu kəndi ilə bağlı böyük bir layihə gerçəkləşdirəcəyini də bildirib: “Çoxdandır doğma kəndim - Aşağı Əyyublu ilə bağlı bir layihə həyata keçirməyi planlaşdırırdım. Onu həyata keçirəcəyəm. Düşünürəm, orda köməyə ehtiyacı olan çox insan var. Bu layihə ilə, inşaallah, ordakı insanlara faydamız dəyəcək”.

İş xanımı bildirib ki, xeyriyyə işləri həyata keçirməyi, insanlara kömək etməyi hər zaman özünə borc bilib: “Məncə, hər kəs imkanı daxilində ehtiyacı olana yardım eləməli, əl uzatmalıdır. Bunun üçün kiminsə addım atmasını gözləmək lazım deyil. Ələxsus, doğulduğun kəndin inkişafı üçün hər şey etməlisən. Mən də bu niyyətlə Aşağı Əyyubluya gedəcəm, bir neçə gün qalıb layihəmi həyata keçirəcəm”.

Söhbət zamanı iş xanımı Türkiyədən ona müraciət edən tələbələrdən də söz açıb: “Türkiyədə təhsil alan bir neçə azərbaycanlı tələbəmizə dəstək olacağıq. Karantin rejimi olduğundan orda qalan bəzi tələbə balalarımız çətinliklərlə üzləşiblər. Onlara cüzi dəstəyimizin keçməsi də bu məqamda çox vacibdir”. 

Sevda Bayramova