USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 22°C
  • ŞUŞA 20°C
  • GƏNCƏ 22°C
  • LƏNKƏRAN 24°C
  • ŞƏKİ 23°C
  • QUBA 19°C
  • NAXÇIVAN 21°C

Bayram namazı necə qılınacaq?

SOSİAL

Mətn ölçüsü

"Koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazı üçün insanların bir araya gəlməsi və kütləvi toplaşmaq indiki halda yolverilməzdir".

Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, bayram namazları fərdi qaydada evlərdə qılınacaq: “Yəni məscidlərdə camaatla bayram namazı qılınmayacaq. Məlumat üçün bildirim ki, Qədr gecələrinin bütün ayinləri onlayn icra olundu, amma namaz onlayn qılına bilməz. Çünki namaz fərdi qaydada yerinə yetirilməlidir. Amma həmin gün şəriət məsələlərini, bayramın fəlsəfəsini inasanlara çatdırmaq üçün onlayn çıxış ola bilər”.

Din xadimi bildirib ki, bayram namazı səhər gün çıxandan günorta azanına qədər qılına bilər: “Amma bayram namazının qılınması üçün ən münasib, fəzilətli vaxt günün təzə çıxdığı andır. Yəni saat 08:00-da və ya 09:00-da qılına bilər”.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək./Report/

Xəbəri paylaş: