ŞAD XƏBƏR: BAKIDA BULVAR, PARKLAR VƏ RESTORANLAR AÇILDI
    • 18-05-2020, 00:00
    • 1 390

ŞAD XƏBƏR: BAKIDA BULVAR, PARKLAR VƏ RESTORANLAR AÇILDI

Bu gündən etibarən Bakıda Bulvar, parklar və restoranlar açılır.

News24.az xəbər verir ki, bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 15-də qəbul edib. Qərara əsasən, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, mayın 18-dən yəni bu gündən etibarən Bakı da daxil olmaqla, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Müştərilərə xidmət saat 08:00-dan 18:00-dəkdir.

Həmçinin yeni qərara əsasən, bu gündən etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyətlər də götürülür.

Nəzərinizə çatdıraq ki, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qəti qadağandır.