Svetoforların üzərinə piyada bölmələri quraşdırılır - BNA

Svetoforların üzərinə piyada bölmələri quraşdırılır - BNA
SOSİAL

19 may 2020, 10:30

Mətn ölçüsü

Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a bildirilib ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.

Bildirilib ki, artıq 28 May küçəsinin Keykab Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib.