Paytaxtdakı kafe-restoranlarda Nazirlər Kabinetinin tələblərinə ƏMƏL OLUNMUR - VİDEO - FOTOLAR
    • 19-05-2020, 18:36
    • 1 471

Paytaxtdakı kafe-restoranlarda Nazirlər Kabinetinin tələblərinə ƏMƏL OLUNMUR - VİDEO - FOTOLAR

Ötən gündən etibarən ölkəmizdə xüsusi karantin rejiminin növbəti yumsaldılmış mərhələsi başlayıb. Bununla bağlı parklar, kafe və restoranlar fəaliyyət göstərməyə başlayıb. Həmçinin icazə sistemi ləğv olunub və 65 yaşdan yuxarı şəxslər artıq rahatlıqla çölə çıxa bilir. 

Amma bu icazələrlə yanaşı, 10 nəfərdən artıq insanın bir araya gəlməməsi və sosial məsafənin saxlanılması tələb olundu. Bəs, bu deyilənlərə əməl olunurmu? Sualımıza cavab almaq üçün əhalinin sıx olduğu "Tarqovı" küçəsinə yollandıq. Gördüyümüz mənzərə bizi məyus elədi. Çünki səhər saat 08:00-dan axşam 18:00-a qədər çalışan restoran, kafelərdə insan sıxlığı diqqət çəkir. Daha dəqiq desək, bu obyektlərin əksəriyyətində Nazirlər Kabinetinin tövsiyələrinə əməl olunmur. İnsanlar arasında nəinki 1-2, heş yarım metr sosial məsafə saxlanılmır. 

News24.az vəziyyəti əks etdirən görüntüləri təqdim edir:

Sevda Bayramova