Tələbələrin nəzərinə:  yalnız onlar TƏQAÜD ALA BİLƏCƏK
    • 19-05-2020, 17:58
    • 748

Tələbələrin nəzərinə: yalnız onlar TƏQAÜD ALA BİLƏCƏK

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib. 

News24.az
xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.” 

Eyni zamanda, akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir”.