Qobustan qoruğu fəaliyyətini BƏRPA ETDİ
    • 20-05-2020, 11:17
    • 740

Qobustan qoruğu fəaliyyətini BƏRPA ETDİ

Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarına uyğun olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunun  fəaliyyəti bərpa olunub.

Qoruğdan News24.az-a verilən xəbərə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları və metodiki göstərişlərinə əsasən ziyarətçilər qoruğu 10 nəfərdən artıq olmayan qruplarla, sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə ziyarət edə bilərlər.