Azərbaycana gələn əcnəbilərin sayı 44 faiz azalıb - RƏSMİ

Azərbaycana gələn əcnəbilərin sayı 44 faiz azalıb - RƏSMİ
SOSİAL

20 may 2020, 11:45

Mətn ölçüsü

“Azərbaycan ərazisində olan və koronavirusla bağlı məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması məsələsi aradan qaldırılıb”.

News24.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, müddət mayın 31-nə qədər avtomatik uzadılıb: “Əcnəbilər giriş-çıxış bərpa olunana qədər ölkədə yaşaya bilərlər. Bunun üçün yenidən müraciətə ehtiyac qalmayıb. Belə ki, ölkədə yaşama müddəti bir dəfə 60 gün müddəti uzadılan şəxslərin müddəti yenə uzadılıb”.

Vüsal Hüseynov qeyd edib ki, 2020-ci ilin müvafiq dövrü ilə ötən ilin 1 yanvar-18 may tarixini müqayisə etdikdə ölkəyə gələn əcnəbilərin sayında 44 fazi azalma var. 

V.Hüseynov bildirib ki, Hazırda 134 min 298 əcnəbi şəxs yaşayır. Bu şəxslər əsasən Rusiya Gürcüstan, Türkiyə,  Ukrayna və digər ölkələrin vətəndaşlarıdır.

Qurum rəisi Dövlət Kiqrasiya Xidm\tinə edilən müraciətlərin sayında da 34 faiz azalma olduğunu vurğulayıb:"Bu baxmayaraq "919" çağrı mərkəzinə edilən müraciətlərin sayın ötən il ilə müqayisədə 3,9 faiz artım var. Bu müraciətlər də əsasən ölkədə qalma müddəti ilə bağlı olub".

Teymur Məmmədov